Krım körpüsünü partlatmaqda şübhəli bilinən azərbaycanlı kimdir? - FOTO

Krım körpüsündə partlayışı törətməkdə şübhəli bilinən azərbaycanlı Mahir Yusubovla bağlı bəzi məqamlar məlum olub.
Avtosfer.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Mahir Yusubov əslində Krasnodarda yaşamırmış.
O, illər öncə Azərbaycandan Rusiyanın Kazan şəhərinə köçüb. Yusubov 3 uşaq atasıdır və bəzi Rusiya KİV-lərində deyildiyi kimi radikal islamçı deyil. Yaxınlarının bildirdiyinə görə, o donuz ətindən istifadə edir və spirtli içkilər içməyi xoşlayır. Tatarıstanda Yusubov meyvə-tərəvəz alveri ilə məşğul olur. Özünün anbarları, satış nöqtələri var imiş.
O, bundan başqa bir sıra yük maşınlarını da icarəyə verirmiş. Qonşularının dediyinə görə, nümunəvi ailə başçısıdır. Bütün tanışları onu müsbət və xeyirxah bir adam kimi xarakterizə edirlər.
Daha bir məlumata görə, yük maşını Armevir şəhərindən Krımın Simferopol şəhərinə meyvə aparırmış. Buna görə sifarişçilərdən 48 min rubl (1300 manat) pul alıb. Ehtimal olunur ki, yolda meyvə boşaldılaraq yerinə partlayıcı maddələr yüklənib.

Mahir Yusubov
_1665403359.png)
Krım körpüsündə partladığı iddia olunan yük maşını

lent.az
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











