Laçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub - FOTO

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb.
Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
"Bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Azərbaycan MN-dan bildirilib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












