Laçından video paylaşan XTQ-nin hərbçisi Türkiyə mətbuatında gündəm oldu - VİDEO - FOTO

Zabux və Sus kəndlərində nəzarəti ələ keçirən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri Laçında Türkiyə bayrağını açaraq “Türklərin gücünü gördünüz, bundan sonra da görəcəksiniz",- deyə qeyd edib.
Musavat.com xəbər verir ki, hərbçimizin bu paylaşımı Türkiyə mətbuatında gündəm olub.
![]()
Sosial mediada da böyük rəğbətlə qarşılanan bu görüntülər Azərbaycan-Türkiyə qardaşlığının bir daha sarsılmaz olduğunun sübutu kimi şərh edilib.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçına yerləşdiyini açıqlamışdı.
Bu barədə Prezident İlham Əliyev tviter səhifəsində paylaşım etmişdi.
Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə görə təbrik etmişdi.
![]()
Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.
Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.
Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olundu, yeni təmaslar haqqında fikir mübadiləsi aparılıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












