Lənkəranda polis qadının yalanını ifşa edib
Gündəm
26 Avqust 2022 11:20

Dəfələrlə dövlət qurumlarına, eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də, təəssüf ki, bu kimi neqativ hallara rast gəlinməkdədir. Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, rayon sakini olan bir qadın axşam saatlarında tək olduğu zaman yaşadığı evə biri qadın, digəri kişi olmaqla 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyi, zor tətbiq edərək pul və qızıl-zinət əşyalarını tələb etdiyi barədə polisə məlumat verib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Həmin qadın özü də bilərəkdən yalan məlumat verdiyini etiraf edib.
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.
Oxunub : 1126
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
ŞƏRH YAZ












