"Bizim problemimiz piyadalarla bağlıdır" - Nəqliyyat eksperti danışdı

"Piyada vurmalarla bağlı vəziyyət heç də yaxşı deyil. Bakıda piyada vurmaları ilə bağlı rəqəm sayı çox olmasa da, respublikanın digər bölgələrində bu say getdikcə artır". Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Nəqliyyat ekspertinin sözlərinə görə, demək olar ki, gündəlik olaraq ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 50 faizdən çoxu piyada vurmaların payına düşür: "İllik statistikaya nəzər saldıqda şahid oluruq ki, 50-60% piyadavurma hadisəsi üstünlük təşkil edir. Burada obyektiv və subyektiv səbəblər var. Misal olaraq piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi, yolu hardan necə gəldi keçməsi, səhlənkarlıq, diqqətsizlik və s. Digər səbəblərdən biri də keçid problemidir. Hər bir yerdə keçidlərarası məsafə yerindədirmi? Təbii ki, xeyr. Bakı şəhərində 200-300 metrdən bir piyada keçidi olmalıdır. Kənar yollarda isə 300 metrdən 700 metrə qədər piyada yol salınmalıdır. Bu məsafəni isə qorumuruq. Misal olaraq Heydər Əliyev prospektində bir neçə klometr gedirsən heç qarşına piyada yolu çıxmır. Belə olduğu təqdirdə də piyada həyatını təhlükəyə ataraq, risk edərək hardan gəldi keçir. Bu risk də bəzi hallarda ölümlə nəticələnir. Yolların işıqlandırılmaması, nişanlama xəttlərinin düzgün qurulmaması və s. belə problemlər dəhşət çoxdur və bütün bunlarda bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir. Nə zaman ki, piyadalara nəzarət gücləndiriləcək, problemlər həll olacaq o zaman bu kimi halların qarşısını ala bilərik.
Azərbaycanda hər il 700 nəfər yol nəqliyyat hadisəsi zamanı vəfat edirsə, onun 350-dən çoxu piyada olur. Təsəvvür edin ki, bu hal olmasa Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə yol-hərəkətinin təhlükəsizliyi baxımından ən yaxşı göstəriciləri ortaya qoya bilər. Bizim problemimiz piyadalarla bağlıdır. Nəzarət çox təssüflər olsun ki, zəifdir. Son zamanlar artıq yol polisi bu sahədə müəyyən işlər görür. Fikrimcə, piyada vurmaları ilə bağlı istintaq orqanlarının yanaşmasıda dəyişdirilməlidir. Piyada hər zaman arxayın olur ki, onlar hər zaman haqlıdır. Günah hər zaman sürücüdə yox piyadalarda olur. Belə olduğu təqdirdə də piyadalar istədiyi şəkildə hərəkət edirlər ki, onlar haqlıdırlar".
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












