Lombarda qızıl girov qoyanlara XƏBƏRDARLIQ

Lombardlara girov qoyulan qızıl məmulatlarının taleyi bir çox vətəndaşı narahat edən məsələlərdəndir. Xüsusilə də borc ödənişi gecikdirildikdə qızılın lombard tərəfindən satılıb-satıla bilməyəcəyi ilə bağlı suallar gündəmə gəlir.
Bəs lombarda qoyulan qızıl hansı halda mülkiyyətə keçə və nə vaxt satışa çıxarıla bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu proses qanunvericiliklə dəqiq tənzimlənir.
“Vətəndaş lombarda qızıl məmulatı girov qoyduqda ona mütləq şəkildə girov bileti təqdim olunur. Həmin sənəddə kreditin məbləği, faiz dərəcəsi və ödəmə müddəti açıq şəkildə göstərilir. Müəyyən edilən müddət ərzində şəxs lombardın verdiyi kredit məbləğini və faizləri ödəməlidir. Girov müddəti başa çatana qədər lombard qızılı sata və ya öz mülkiyyətinə keçirə bilməz. Yalnız borcalan müəyyən edilən müddətdə öhdəliyini yerinə yetirmədikdə, lombardın həmin əmlakı öz mülkiyyətinə keçirmək və satmaq hüququ yaranır”.
Xalid Kərimlinin sözlərinə görə, girov müqaviləsində göstərilən müddət keçməyibsə, lombardın qızılı satması qanunsuzdur və bu halda vətəndaş hüquqlarını tələb edə bilər. Beləliklə, lombarda qoyulan qızıl yalnız ödəmə müddəti bitdikdən və borc ödənilmədikdən sonra satışa çıxarıla bilər.
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI











