DİN-dən Laza sakinlərinin turistləri kəndə buraxmaması ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

"Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb".
Bunu Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.
O əlavə edib ki, əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.
Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.
***
Ötən gün Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Laza kənd icra nümayəndəsi Nazim Cənnətəliyev kənd sakinləri ilə turistlər arasında heç bir münaqişənin yaranmadığını bildirib:
"Onlar yerli turistlər olublar. Turistlər kəndə buraxılıb, sadəcə yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz ediblər. Kəndin yolu olduqca dar olduğundan turistlərdən avtomobilləri kəndin girişində saxlayıb piyada gəzməyi tələb ediblər. Həmin yola eyni anda bir neçə maşın girəndə tıxac yaranır. Bu da kənd sakinləri üçün narahatlıq yaradır", - deyə o əlavə edib.
Qeyd edək ki, kənd sakinlərinin etirazından sonra ərazi Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












