Məcburi köçkünlərin kommunal borcu yarana bilərmi? – “Qaçqınkom”dan cavab

“Nəzərinizə çatdırırıq ki, keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında mövcud qanunvericiliyə əsasən, yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə məcburi köçkün statusu olan şəxslər üçün dövlət büdcəsindən 60 manat məbləğində vahid aylıq müavinət təyin edilib. Bu siyahıya başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də daxildir. Onlar kommunal xidmətlərdən istifadəyə görə ödənişləri özləri ödəyir”.
Avtosfer.az xəbər verir ki, bu, "Yeni Sabah"ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") bildirilib.
Qurumun məlumatına görə, kommunal xidmət haqlarının dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi isə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan keçmiş məcburi köçkünlərə aiddir:
“Kommunal xidmət haqlarının dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi isə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan keçmiş məcburi köçkünlərə aiddir. Onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə və ya əvvəlki daimi yaşayış yerlərinə köçürülənədək istifadə etdikləri kommunal xidmət haqları mərkəzləşdirilmiş formada müəyyənləşdirilmiş norma daxilində ödənilir. Bu qrupa aid olan məcburi köçkün statuslu şəxslər 33 manat məbləğində vahid aylıq müavinət alırlar".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












