Məhkəmədən çıxan vətəndaşı polis döyüb? - Rəsmi CAVAB - VİDEO

Sosial şəbəkələrdə vətəndaşın polis əməkdaşları tərəfindən döyülməsi iddialarına rəsmi münasibət bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Avtosfer.az-a bildirib ki, oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 27 yaşlı, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib.
Xətai rayon Polis İdarəsinin 36-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Qəhrəmanov saxlanılmış, idarə etdiyi "BMW" markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalarla müəyyən olunub ki, o, Binəqədi rayonu ərazisində də 2 mənzildən oğurluq edib. O, saxlanılarkən qaçmağa cəhd göstərsə də, polis əməkdaşları buna imkan verməyib. Qeyri-adekvat davranışlarına görə o, narkoloji müayinədən keçirilmiş və narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və toplanmış materiallarla birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Lakin o, məhkəmədən buraxıldıqdan sonra məhkəmə qərarından rayon prokurorluğu ilə birgə yuxarı instansiyaya appelyasiya şikayəti verilib. İ.Qəhrəmanov Xətai RPİ-nin İstintaq şöbəsinə gətirilib və CM-nin 177.2.3 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
O da məlum olub ki, İ.Qəhrəmanova yetkinlik yaşına çatmadığı dövrdə Bakı şəhəri ərazisində ümümilikdə 96 dəfə mənzil oğurluqları törətdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
İ.Qəhrəmanov 2019-cu ildə azadlığa buraxıldıqdan sonra 2021-ci ilin dekabrında Binəqədi rayonu ərazisində mənzildən külli miqdarda oğurluq hadisəsi törətdiyinə görə həbs olunaraq barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin məhkəmə istintaqı zamanı İ.Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından buraxılıb. Hazırda həmin iş üzrə də məhkəmə istintaqı davam etdirilir.
Qeyd edək ki, məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən onun döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddialaı üzrə xidməti araşdırma başlayıb. Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcək.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










