Məktəbdə konfet adı ilə şagirdlərə narkotik paylanılır? - FOTO

Bakıda 95 nömrəli orta məktəbdə dərman formasında olan narkotik maddənin şəhid ehsanı adı ilə uşaqlara paylanması iddiası yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə vatsapda valideyn qruplarında foto paylaşılıb. Qeyd olunur ki, şagird ona konfet formasında təklif olunan narkotik-konfeti yeməyib və bu barədə valideyninə məlumat verib.
Sözügedən məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar artıq araşdırma başlayıb: “Müvafiq tədbirlərin görülməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirib ki, görüntülər nəzarətə götürülüb: "Araşdırma başlanılıb. Nəticə barədə məlumat veriləcək".
Qeyd edək ki, bundan əvvəl də paytaxt məktəblərində şagirdlərə narkotik maddələrin paylanması ilə bağlı məlumatlar yayılmışdı.

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












