Məktəblərdə servis avtobusları necə yaradıla bilər? - Valideynlər də istəyir - VİDEO
Məktəblərin qarşısında tıxacların aradan qaldırılması üçün alternativ yollardan biri də servis avtobuslarının olmasıdır. Bu həm valideynlər, həm də tıxacdan əziyyət çəkənlərin arzusudur. Təəssüf ki, bir neçə özəl təhsil müəssisəsi istisna olmaqla bu xidmət bizdə yoxdur. Qonşu ölkələrdə bu praktika çoxdan mövcuddur. Ekspert Elməddin Muradlı hesab edir ki, bu xidmətin təşkili hərtərəfli xeyirlidir. "Valideynlər məcbur olub maşınla övladlarını məktəbə aparır. Bu da sıxlıq və tıxaca səbəb olur. Amma bu cür xidmətlər təşkil olunsa onsuz da sərf olunan vəsait müqabilində daha keyfiyyətli iş ortaya qoyulmuş olar."
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günel Səfərova bildirib ki, şirkətlər bu xidmətin mövsümü olduğunu əsas gətirərək gəlirli olmadığını iddia edirlər. "Amma müraciət olacağı təqdirdə biz təklifləri dəyərləndirə bilərik."
Daha ətraflı videomaterialda:
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”











