Mingəçevirdə dəhşətli QƏTL – 16 yaşlı məktəbli niyə güllələnib? - FOTO
Mingəçevirdə məktəbli Orxan Kərimovu tapançadan açdığı atəşlə qətlə yetirən Əlvan Qasımovun məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Ə.Qasımov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sözügedən hadisə ötən ilin noyabrın 18-də Mingəçevir şəhərinin “Yeni Həyat” yaşayış massivində baş verib.
Məhkəmə zamanı Ə.Qasımov ifadəsində 16 yaşlı Orxan Kərimovu hansı səbəbdən öldürdüyünü açıqlayıb. O bildirib ki, O.Kərimov dayısı oğlu M.İsmayılovla birgə onun oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Ə.Qasımov bunu öyrənəndən sonra Orxanı öldürmək qərarına gəlib.
Əlvan qətlin baş verdiyi gün qonşuluqda şəhidin yas mərasiminə yollanıb və Orxanı da orada görüb. O, yas qurtardıqdan sonra axşam saatlarında evə gəlib və tikilidə gizlətdiyi tapançanı özüylə götürüb.
Ə.Qasımov marketdən siqaret alıb çıxarkən Orxanın tək piyada çayxanaya tərəf getdiyini görüb. Bir neçə dəqiqə sonra isə Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyinə şahidlik edib. Orxangilin yanından keçərkən Orxan Kərimov və yanındakı həmyaşıdları uca səslə gülməyə başlayıb.
Təxminən bir-iki metr həmin şəxslərdən uzaqlaşsa da, artıq səbri çatmayıb və yığılmış kütləyə tərəf geri qayıdıb. O, iç cibindən “Makarov” tipli tapançanı çıxararaq Orxana güllə qurtarana qədər atəş açıb. Silahda güllə qurtardığından atəşi dayandırıb, daha sonra tapançanı əlində saxlayaraq evə gedib.
Evə daxil olan kimi oğluna Orxanı öldürdüyünü deyib və ailəsi ilə vidalaşıb. Bir neçə dəqiqə sonra isə onun evinə gələn polis əməkdaşlarına təslim olub.
O, silahı necə əldə etdiyindən də danışıb. Əlvanın sözlərinə görə, o vaxtilə N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edib. Qasımov silahı 2002-ci ilin aprel ayında əsir götürdüyü erməni zabitinin üzərindən götürdüyünü, o vaxtdan özündə saxladığını bildirib. (qafqazinfo.az)
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










