MN-in polkovniki: “Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq”

“Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir. Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq. Çünki I Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb”
“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, torpaqlarını azad etməklə Azərbaycan Ermənistanın hərbi cinayətlərinə cavab verib:
“Bu zaman heç bir beynəlxalq konvensiyanın tələbləri pozulmayıb. 30 il işğal altında şəhərlərimiz, kəndlərimiz, ütün infrastruktur dağıdılıb”.
O qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib:
“Düşmən bizə mina xəritələrini təqdim etmir, etdikləri xəritələr də tam tələblərə cavab vermir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları tərəfindən 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb”.
Polkovnik Laçın və Kəlbəcərdə 44 günlük Vətən Müharibəsindən sonra yeni basdırılmış minaların aşkarlandığını da söyləyib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












