Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait yaradılıb.
Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, isitmə sobaları, ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar və günəş panelləri, eləcə də döyüş texnikasının saxlanması üçün park mövcuddur.
Qışa hazırlıq məqsədilə dayaq məntəqələrində və döyüş mövqelərində maye, odun və kömür yanacağı da daxil olmaqla bütün təminat növü ilə ehtiyat yaradılıb.
Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov döyüş mövqelərində xidmət edən hərbi qulluqçuların xidməti döyüş fəaliyyəti ilə tanış olub.
Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












