Mükafatlandırılan hərbi qulluqçuların sayı açıqlandı

Dekabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Avtosfer.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.
Silahlı Qüvvələrimizin 288 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir.
Bundan başqa, 105 hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir.
Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərlə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb.
Qeyd edək ki, hərbi qulluqçuların orden və medallarla təltif olunması davam edəcək. Belə ki, yaxın günlərdə hərbçilərimiz yeni təsis olunmuş “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", “Zəngilanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunacaqlar.
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












