NATO nüvə silahlarının qadağan olunmasına qarşı çıxıb

NATO Nüvə silahlarının qadağan edilməsi haqda müqavilənin qüvvəyə minməsi ilə əlaqədar bəyanat yayıb.
APA-nın xəbərinə görə, bu barədə NATO-nun saytında bildirilib.
“Silahlara nəzarətin saxlanılması və möhkəmləndirilməsi, tərksilahlanma və nüvə silahlarının yayılmamasına sadiq olduğumuzu bir daha təsdiqləyirik. Müqavilə qüvvəyə minməyə yaxınlaşdıqca onun getdikcə daha da mürəkkəbləşən beynəlxalq təhlükəsizlik mühitini əks etdirmədiyinə, mövcud nüvə silahlarının yayılmamasına və tərksilahlanmaya zidd olduğuna görə bu müqaviləyə qarşı kütləvi şəkildə qarşı olduğumuzu bir daha təkrar edirik”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, silahlanmaya nəzarət, tərksilahlanma və nüvə silahlarının yayılmaması NATO-nun təhlükəsizlik hədəflərinə töhfə verməyə davam etməlidir: “Biz nüvə silahı olmayan bir dünyaya sahib olmağı əsas məqsədimiz olaraq dəstəkləməyə davam edirik və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) bütün müddəaları, o cümlədən VI maddə bunu təşviq edir. Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə nüvə tərksilahlanmasının yeganə etibarlı yoludur. NATO müdafiə müttəfiqidir. NATO-nun nüvə qabiliyyətinin əsas məqsədi barışı qorumaq, məcburiyyətin, təzyiqin və təcavüzün qarşısını almaqdır. Beynəlxalq qaydalara əsaslanan nizama meydan oxuyan dövlətlərin nüvə silahına sahib olduğu, ancaq NATO-nun bu silahlara sahib olmadığı dünya etibarlı bir dünya deyil. Nüvə silahları mövcud olduğu müddətdə NATO nüvə ittifaqı olaraq qalacaq. Tərəfdaşlarımızı və bütün digər ölkələri qadağa müqaviləsinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə də daxil olmaqla, beynəlxalq sülh və təhlükəsizliyə təsiri barədə real şəkildə düşünməyə və strateji riskləri azalda bilən və nüvə tərksilahlanması üzrə irəliləyiş əldə etmək üçün reallığı təmin edə biləcək maddi və doğrulana bilir tədbirlər çərçivəsində kollektiv təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində əməkdaşlığa çağırırıq”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












