Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində nöqsanlar aşkarlanıb

Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində nöqsanlar aşkarlayıb.
Bu barədə Avtosfer.az-a Palatadan bildirilib.
Belə ki, Palata Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində kənar dövlət maliyyə nəzarəti tədbiri keçirib. Tədbirin məqsədi 2023-2024-cü illər üzrə Agentlik üzrə dövlət vəsaitlərinin, həmçinin digər dövlət əmlakının istifadə və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair yetərli, müvafiq audit sübutları toplayaraq mövcud vəziyyətin müəyyən edilməsi olub.
Tədbirin nəticələrinə əsasən müəyyən edilib ki, Agentlik üzrə 2023-cü ildə təsdiqlənmiş smetanın cəmi 43,32%-i icra olunub, amma 2024-cü il üçün əvvəlki faktiki icradan 35% artıq proqnoz hazırlanıb. 2024-cü ildə faktiki xərclər artım əvəzinə əvvəlki ildən 4,35% az olub. Bu, planlamada ciddi uyğunsuzluqların olduğunu göstərir. İki avtobusun metal qırıntısı kimi satılmasından gələn 2220 manatın böyük hissəsi qurumun hesabına daxil olmayıb. "Taksi” avtomobilinin sökülmüş dəmir konstruksiyası cəmi 160 manata satılıb. Əmək stajının yanlış hesablanması nəticəsində işçilərə 9513 manat artıq vəsait ödənilib. 14 noyabr 2024-dən sonra hüquqi qüvvəsini itirmiş qərarlara baxmayaraq, işçilərə ümumilikdə 26 890 manat əməkhaqqı və 21 735 manat əlavələr ödənilib. Bu ödənişlərin heç bir hüquqi əsası olmayıb. "Daxili audit və mühasibatlıq xidməti” üzrə 4300 manatlıq müqavilə bağlanıb, amma xidmətlərin heç biri icra edilməyib. Sonradan təqdim edilən arayış qeyri-peşəkar hazırlanıb və hətta 2018-ci ildən qüvvədən düşmüş standartlara istinad olunub. Elektrobuslar üçün alınmış 8 ədəd charger aparatının 5-i istifadəsiz qalıb. Zəmanət müddəti bitdiyi üçün avadanlıqlar istismara verildikdə təchizatçı məsuliyyət daşımayacaq. Halbuki anbarda istifadəsiz chargerlər olduğu halda, əlavə 10 ədəd yeni charger də satın alınıb. 2023–2024-cü illərdə icarədən ümumilikdə 1,48 milyon manat daxil olub. Amma daşınmaz əmlakdan gələn vəsaitlərin dövlət büdcəsinə köçürülməli olan hissəsi – 26 227 manat dövlətə çatdırılmayıb. İcarəyə verilmiş 18 avtobus üçün 20 088 manatlıq ehtiyat hissələri Agentliyin anbarından silinərək icarəçilərə ödənişsiz verilib. İcarəyə verilən obyektlərin kommunal xərcləri 3192 manat Agentliyin hesabına yazılıb.
TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










