Naxçıvan Hava Limanında genişmiqyaslı təlim keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanı “Qəza-xilasetmə komandalarının fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə FHN-nin müvafiq bölmələri ilə koordinasiyasının təkmilləşdirilməsi” mövzusunda birgə təlim keçirib.
Avtosfer.az xəbər verir ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil edilib.
Təlimdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunmuş yanğınsöndürmə və xilasetmə heyətləri, tibbi personalı və Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.
Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Daha sonra aviasiya qəzası şəraitində yaranmış fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması, sərnişin terminallarında, aeronaviqasiya qülləsində və yanacaq-sürtgü materialları anbarında yanğınların söndürülməsi, sərnişinlərin hava gəmisindən təhlükəsiz təxliyəsi və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə mərhələli əməliyyatlar icra olunub.
Simulyasiya edilmiş əməliyyatlar zamanı bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.
Təlim fövqəladə hallara hazırlığın və əlaqələndirilmiş fəaliyyətin real sınağı olmaqla yanaşı, iştirakçı qurumlar arasında əməliyyat alqoritmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT























