Naxçıvana gediş-gəliş belə olacaq: Bu model masaya qoyuldu

Kommunikasiyaların tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasında siyasi intriqalar qızışır. Mübarizə daha açıq müstəviyə keçir. Son dövrlərə qədər ABŞ bu prosesdə aktiv görünürdü. Ağ Ev Rusiya və Çinin iştirakı olmadan Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhliz üzərində nəzarəti əl almaq niyyətində idi.
Avtosfer.az Teleqraf.com-a istinadən siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra rəsmi Moskvanın bu prosesdə artan aktivliyi müşahidə olunur:
“Rusiyanın burada əsas məqsədi Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsinə nail olmaqdır. Bununla Kreml yeni bazarlar əldə etmək istəyir. Ukrayna ilə müharibənin davam etməsi fonunda bu, Rusiya üçün həyatı əhəmiyyət kəsb edir”.
Siyasi sərhçiyə görə, Şimal-Cənub layihəsinin işlək olması, onun qarşısındakı maneələri aradan qaldırmaq üçün Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsi əsas şərtdir:
“Əgər Qərb bölgədə Rusiyanın təsir imkanlarını zəiflədərsə, bu, təkcə Cənubi Qafqazdakı kommunikasiyaların açılmasına deyil, Rusiyanın iştirak etdiyi Şimal-Cənub layihəsinə də təsir edəcək. Ona görə də, Kreml Cənubi Qafqazda mövqelərinin gücləndirilməsi ilə yanaşı Azərbaycanla Ermənistan arasında açılacaq kommunikasiya xətlərindən öz maraqlarına uyğun istifadə etməyə çalışır”.
Asif Nərimanlı hesab edir ki, 2020-ci il 10 noyabrda əldə edilmiş üçtərəfli (Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanmış bəyanat) razılaşma burada dəhliz məntiqini işə salır:
“Ermənistan bunu qəbul etmədiyi üçün Azərbaycandan-Azərbaycana prinsipi gündəmə gətirilib. Burada Kalininqrad dəmir yolu modelinin tətbiqindən də söhbət gedir. Bununla Azərbaycandan gedən yüklər və sərnişinlər Ermənistan tərəfindən sərhəd-gömrük yoxlanışından keçmir. Üçüncü tərəflər bu yoldan istifadə edərsə, onlar Ermənistanın qaydalarına uyğun yoxlanışdan keçməli olacaq”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












