Nazir nəqliyyat və logistika şirkətlərinin nümayəndələri ilə görüşdü - FOTO

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə nazir müavini Rəhman Hümmətov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və nazirliyin digər rəhbər şəxsləri də iştirak edib. Bu barədə məlumatı nazir özü feysbook hesabında paylaşıb. Rəşad Nəbiyev bildirib ki, görüş zamanı ölkəmizdə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması sahəsində son bir ildə əldə edilmiş nailiyyətləri müzakirə edilib: “Eyni zamanda mövcud problemlər və perspektivlər haqqında söhbət apardıq, iştirakçıların təkliflərini dinlədik.
Yalnız həqiqi hökumət-biznes tərəfdaşlığı ilə Azərbaycanı qlobal logistika və nəqliyyat bazarının dəyərli hissəsinə çevirmək mümkündür”.
Elmin
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI













