Neftçalada Kür çayı üzərində yeni körpü tikiləcək - FOTO

Neftçalada Kür çayı üzərindəki qəzalı körpü yenisi ilə əvəzlənəcək. Avtosfer.az-ın məlumatına görə, rayonda Kür çayı üzərindən keçən II Qaralı avtomobil yolu 1991-ci ildə istifadəyə verilib.
Sakinlərin sözlərinə görə, illərlə körpü baxımsız qaldığından, ağırtonnajlı yük maşınları intensiv hərəkət etdiyindən dəmir-beton panelləri sıradan çıxarıb, hətta dayaqlarından bir neçəsi əyilərək yararsız hala düşüb. Panellər arasında iri oyuqlar yaranıb, həmin oyuqlar isə beton parçalarla doldurulub. Uzunluğu 300 metrə yaxın, eni 8 metr olan körpüdə vəziyyət kritik həddə çatıb. Bununla bağlı aidiyyəti qurumlara da məlumat verilib. Ondan çox yaşayış məntəqəsinin əhalisi bu körpüdən istifadə edir. Hər gün körpüdən yüzlərlə avtomobil Kürün Şirvan tayından Muğana, gah da Muğandan Şirvana keçir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə yeni körpünün inşası ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmin təkliflər əsasında maliyyə vəsaiti ayrılan kimi yeni körpünün inşasına start veriləcək.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT














