Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanovla birgə təcridxanada olan Əliyev Eyvaz və Mirzəyev Raqif ifadə verib.
Onlar təcridxanada İlkin Süleymanovun kimlərisə təhqir etdiyini eşitmədiklərini, İlkinin cinayəti törətmədiyini etiraf etdiyi barədə söhbətləri olmadığını bildiriblər.
Növbəti məhkəmə prosesi sabah saat 15:00-da olacaq.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












