NFC funksiyalarının turniket qarşısında aktivləşdirilməsi ləngimələrə səbəb ola bilər - Bakı Metropoliteni

"Bakı Metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinin tətbiqində düzgün istifadə məsələsi xüsusi diqqət tələb edir". Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənsə də, bəzi hallarda istifadəçilərin bu sistemləri düzgün tətbiq etməməsi müəyyən problemlərə yol aça bilir.
Bəxtiyar Məmmədov bildirib ki, əvvəllər internet və rəqəmsal həllər geniş yayılmasa da, hazırda bu imkanlar mövcuddur və texnologiyadan düzgün istifadə olunmadıqda bu, ümumi sərnişin axınına təsir göstərə bilər:
"Bununla belə, hazırda metropolitendə bu amilin sərnişin hərəkətinə ciddi təsiri müşahidə olunmur. Artıq NFC, QR-kod və QR-bilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-veriş proseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyük ölçüdə öyrəşib. Bu səbəbdən metropolitendə də ciddi çətinliklər qeydə alınmır. Lakin metro fərqli mühitdir. Burada əsas məsələ yalnız texnologiyanın tətbiqi deyil, onun düzgün və vaxtında istifadəsidir. NFC sisteminin tətbiqində planlama mərhələsində maarifləndirmə və məlumatlandırma xüsusi rol oynayır".
B.Məmmədov deyib ki, sərnişinlərin NFC funksiyalarını turniket qarşısında aktivləşdirməyə çalışması bəzi hallarda ləngimələrə səbəb ola bilər.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












