Norveçdə qadınlarla kişilər eyni şərtlər daxilində hərbi xidmət edir

Norveç yalnız zəngin neft və qaz yataqları ilə diqqət mərkəzində deyil. Bu ölkə fərqli qanunları ilə də maraq doğurur. Belə qanunlardan biri ölkə vətəndaşlarının hərbi xidməti ilə bağlıdır. Belə ki, istifadə olunanmağa başlanan və ölkədə cinsi ayrıseçkiliyi aradan qaldıran proqram olduqca uğurlu nəticələr verməyə başlayıb. Bu proqrama görə Norveçdə qadınlarla kişilər eyni şərtlər daxilində hərbi xidmət edir. Bu, NATO ölkələri arasında ilk dəfə tədbiq olunur. Proqramın növbəti mərhələsində isə hərbi hissələrdə “unisex kazarmalar” yaradılacaq. Mövzuyla bağlı sınaqdan keçirilən ilk pilot layihələr hələ ki müsbət nəticələr verib. Kazarmalardakı ortaq otaqlarda 4 kişi və2 qadın əsgər olmaqla 6 əsgərin qalması üçün planlaşdırılır. Orduda xidmət edən qadın əsgərlər də eyni ilə kişi əsgərlər kimi geyinir, eyni şərtlərdə xidmət edir və davamlı olaraq üzərilərində silah gəzdirirlər. Ancaq qadın əsgərlərə saçlarını kəsdirməklə bağlı hər hansı tələb qoyulmayıb. Eyni zamanda qadın əsgərlər istəyə uyğun olaraq yemək menyularına vegeteryan yeməkləri daxil edə bilərlər. Şərtlərin ağır olmasına baxmayaraq belə hərbi xidmətdən olduqca məmnun olduqlarını qeyd edən qadın əsgərlər kişilərlə qadınları eyni şərtlər çərçivəsində xidmət etmələrinin döyüş ruhunu yüksəltdiyini söyləyirlər.
Samir MEHRALIYEV
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?













