Bu marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu səbəbdən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.
Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
555 və 557 nömrəli marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu təşkil ediləcək.
Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında təyin edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












