87 yaşlı atasını müdir təyin etdi – Naxçıvan səhiyyəsində ŞOK - FOTO

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətindən, mövcud neqativ hallardan mediada dəfələrlə faktlara əsaslanan yazılar dərc olunub.
Səhiyyənin sabiq rəhbəri Samiq Sadıxov işdən azad olunandan sonra bölgə əhalisində azca da olsa ümid işığı yaranmışdı, lakin növbəti rəhbərliyin dövründə də problemlər dərinləşməkdə davam edir. Xüsusilə Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsinin fəaliyyətində baş verən özbaşınalıqlara və ağır korrupsiya faktlarına diqqət çəkilir.
Avtosfer.az xəbər verir ki, Culfa Regional Tibb Mərkəzi PHŞ-in direktoru Zaur Səftər oğlu Həsənovun qanunazidd əməli ilə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Belə ki, direktor öz doğmaca 87 yaşlı atasını tabeçiliyində olan Əbrəqunus Ailə Sağlamlıq Mərkəzinə bölmə müdiri təyin edib. Bu təyinat “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7.1-ci maddəsinin tələblərini – yaxın qohumların bilavasitə tabelik münasibətində işləməsinə qoyulan məhdudiyyəti kobud şəkildə pozur.
![]()
Jurnalist Sima Babayeva qeyd edib ki, Zaur Həsənovun qanunsuzluqları bununla bitmir. Məlumatda bildirilir ki, mərkəzin direktoru vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən ayrılan tibbi ləvazimatları mənimsəyir. Yaranan çatışmazlıqları və mənimsədiklərini ört-basdır etmək üçün isə tabeçiliyində olan xəstəxana işçilərinə pul yığdıraraq məcburi şəkildə dərman aldırır. İşçilər bu özbaşınalıqlara haqlı olaraq etiraz etsələr də, direktorun hədə-qorxuları ilə üzləşirlər.
Ən təhlükəli məqamlardan biri də xəstəxana işçilərinin iddialarına görə, direktor Zaur Həsənovun ağır dozada psixatrop dərmanlar qəbul etməsi və bu halda işə gəlməsidir ki, bu da həm kollektiv, həm də yerli əhali üçün real təhlükə yaradır. Lakin Naxçıvan Səhiyyə Nazirliyinin rəhbərliyi nədənsə bu qanunsuzluqlara, eləcə də korrupsiya faktlarına göz yumur.
Qeyd olunur ki, Zaur Həsənov Naxçıvan səhiyyəsini böhrana sürükləmiş sabiq nazir Samiq Sadıxovun yaxın qohumudur və məhz onun dövründə bu vəzifəyə təmtaraqla gətirilib.
Hüquq-mühafizə orqanlarının və Ali rəhbərliyin məlumatlandırılması üçün araşdırmalarımızı davam etdiririk.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












