Ötən gün çuxura düşən avtomobil və avtobusa kompensasiya veriləcək? - AÇIQLAMA

Dünən Bakı ərazisində iki dəfə çökmə hadisəsi baş verib. Əvvəlcə Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən binaların həyətində çökmə hadisəsi baş verib və nəticədə, “Nissan Sunny” markalı avtomobil çuxura düşüb. Daha sonra isə Bakıda “Neftçilər” metrostansiyası - Naximov küçəsi marşrutu üzrə hərəkət edən 51 nömrəli avtobus hərəkətdə olarkən yoldakı çuxura düşüb. Hər iki hadisə nəticəsində avtomobilə və avtobusa zərər dəyib.
"Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası ədəbi dilimiz üçün nə vəd edir? – PROFESSOR AÇIQLADI
Bu halda avtomobillərə dəyən zərərin qarşılığında sürücülərə kompensasiya verilə bilər?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Bizim.Media"ya açıqlama verən hüquqşünas Ramil Süleymanov hansı hallarda sürücülərə konpensasiya ödəniləcəyi barədə danışıb. O, qeyd edib ki, həm Mülki Məcəllənin, həm də “Avtomobil Yolları” haqqında Qanunun tələblərinə əsasən, yolun idarəetməsi kimin balansındadırsa (dövlət qurumu, dövlət qurumu tərəfindən vəzifələndirilmiş hüquqi şəxs, bələdiyyə və s.) və yolun saxlanılmasına birbaşa cavabdehliyi həmin şəxs daşıyırsa, nəticə etibarilə, avtomobilə dəymiş zərərə də həmin şəxs və ya qurum cavabdeh olacaq. “Mütləq şəkildə həmin avtomobilin çuxura düşməsi müvafiq saylarla, o cümlədən, foto və video ilə təsdiq olunmalıdır. Əgər avtomobil durduğu yerdə yol çökmüşdürsə, bu artıq birmənalı şəkildə vurulmuş zərərin ödənilməsi üçün əsasdır. Yaxud da avtomobil hərəkət edən zaman çökmüş sahə mühafizə olunmayıbsa, bu da əsas verir ki, vətəndaşa dəymiş ziyan ödənilsin”.
Bəs bu halda sürücü öz haqqını necə tələb etməlidir? Onu hansı proses gözləyir?
Həmçinin, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov da sürücülərə kompensasiya ödənilməsi prosesinin detallarını izah edib:
“Əgər sürücü və onun avtomobili zərər çəkibsə, bu zaman onun iddia qaldırmaq hüququ var. Bu halda sürücü ilk növbədə qəzanın foto-video və ərazi qeydiyyatını aparmalıdır. Dövlət Yol Patrul Xidmətini hadisə yerinə çağırmalıdır, hadisə protokollaşdırılmalıdır, avtomobilə dəyən zərər qiymətləndirici tərəfindən qiymətləndirilməlidir. Sənədlər toplanmalı, şahidlər varsa onların da adları və telefon nömrələri götürülməlidir. Daha sonra həmin zərər çəkmiş vətəndaş məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini təmin edə bilər”.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












