Özəlləşdirmə hərraclarının tarixləri AÇIQLANDI

Özəlləşdirmə hərraclarına qatılmaq sahibkarlıq fəaliyyətinə yeni başlayanlar və biznesini daha da genişləndirmək istəyənlər üçün əlverişli üsullardan biridir. Bu amili nəzərə alaraq 11, 18, 25 oktyabr tarixlərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək özəlləşdirmə hərracına çıxarılan müxtəlif dövlət əmlaklarının siyahısına nəzər saldıq.
Avtosfer.az xəbər verir ki, bu gün Bakıda da münasib qiymətə olan əmlak almaq olar. Belə ki, Sabunçu rayonunda yerləşən və ümumi faydalı sahəsi 105,4 kvadratmetr olan 41 saylı mağaza ilkin olaraq 12 500 manata təklif edilir. Paytaxt ərazisində özəlləşdirilməyə çıxarılan digər əmlaklardan biri də “Mərdəkan” restoranıdır. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 300 000 manatdır. Hərraca qatılmaq üçün 30 000 manat beh məbləği ödənilməlidir. Hər iki əmlak 25 oktyabr tarixində hərraca çıxarılacaq.
Oktyabr ayı ərzində keçiriləcək hərraca çıxarılan əmlaklar sırasında kənd təsərrüfatı sahəsinə aid olan yardımçı təsərrüfatlar da var. Məsələn, Goranboy rayonu, Qarapirimli kəndində yerləşən yardımçı təsərrüfat 140 000 manata təklif olunur. Əmlakın ümumi faydalı sahəsi 782,6 kvadratmetr, torpaq sahəsi isə 8,6 hektardır. Kənd təsərrüfatı sektorunda biznes qurmağa imkan verən əmlakı əldə etmək istəyənlər 14 000 manat beh ödəməklə hərracda iştirak edə bilərlər. Bu əmlak da oktyabrın 25-də hərraca çıxarılacaq.
“Ağdaş Quşçuluq”, “Biləsuvar Broyler”, “İmişli Yağ Pendir”, “Sabunçu Ticarət Təchizat”, “Salyan broyler” və “Şıxlar Broyler” səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketi isə oktyabrın 11-də keçiriləcək hərraca çıxarılıb. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir.
Qeyd edək ki, 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək hərraclara 89 müxtəlif markalı avtomobil çıxarılıb. Nəqliyyat vasitələri sırasında Rusiya, Almaniya və Koreya istehsalı avtomobillər üstünlük təşkil edir. İstehsal tarixləri 1980-2013-cu illəri əhatə edir. Hərraca çıxarılan avtomobillərin ilkin start qiyməti 750 manatla 14 000 manat arasında dəyişir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










