Özünü öldürən həkim həm də biznesmen imiş - TƏFƏRRÜATLAR - FOTO

Lənkəranda tanınmış stomatoloq Müşfiq Bağırovun intiharı ilə bağlı bəzi məlumatlar üzə çıxıb. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Xolmilli kəndindən olan M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir. Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. O, xeyli vaxtdır maşın alveri edirmiş. Həmçinin bu ildən Müşfiq Bağırov Rusiyaya çiyələk göndərilməsi biznesinə də qoşulub. O, Moskvaya dəyəri 200-300 min manat olan çiyələk göndərsə də, ziyan etdiyi və malı qəbul edən tərəfin ödənişləri etmədiyi qeyd edilir. O da məlum olub ki, Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş. Qeyd edək ki, M.Bağırov ötən gün şəhərin “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












