Pakistanda daşqınlar min nəfərin canını aldı - İlham Əliyev 2 milyon dollar yardım ayırdı - VİDEO

İyunun 14-dən bu günə kimi Pakistanda davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 982 nəfərə yüksəlib, daha 1 456 sakin yaralanıb.
Bu barədə Avtosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir. Yağışlar nəticəsində 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib. Çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib. Bəlucistan əyalətində 6 bənddə iri çatlar nəticəsində bir çox bölgələrdə daşqınlar baş verib. Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində baş verən daşqın internet xidmətlərində fasilələrə səbəb olub. Güclü yağış səbəbindən Pakistan-Əfqanıstan sərhədindəki Çaman sərhəd keçid məntəqəsi müvəqqəti bağlanıb.
Qeyd edək ki, Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım göstərəcək.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












