Parkinq pullarının rəislərə verilməsi iddiası haqda araşdırma başladı - Gündəlik 50-80 manat
Gündəm
29 Avqust 2022 18:00

İctimai fəal Bəxtiyar Hacıyev Bakıda avtomobillərin parkinq edilməsinə görə ayrı-ayrı adamlar tərəfindən toplanan vəsaitdən həmin ərazi üzrə polis rəislərinə gündəlik pul verildiyini iddia edib. Avtosfer.az xəbər verir ki, o, bu barədə parkinq bələdçilərinin məlumat verdiklərini qeyd edib. Həmin "parkovşiklər" sürücülərdən topladıqları pullardan gündəlik olaraq 50-80 manat rayon polis rəislərinə verdiklərini deyiblər. B.Hacıyev eyni zamanda böyük şəhərlərdən Bakıya mütəmadi sərnişin daşıyan nəqliyyat vasitələrindən həmin rayonların polislərinin (PPX əməkdaşları) hər reys üçün pul topladığını iddia edib.
Bir müddət sonra Hacıyev əlavə edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov onunla əlaqə saxlayıb və məsələnin nəzarətə götürüldüyünü deyib. Bundan başqa, qurum rəsmisi əlindəki faktları DİN-ə təqdim etməsini ondan xahiş edib.
Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında məsələ ilə bağlı araşdırma başladıldığını təsdiq edib: "Bəxtiyar Hacıyevin iddiaları nəzarətə götürülüb və araşdırma başladılıb. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar veriləcək”.
Oxunub : 3104
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
ŞƏRH YAZ











