Paşinyan dəmir yolu şəbəkəsinin idarəetməsinin Qazaxıstana verilməsi məsələsindən danışıb

Ermənistan Baş naziri Nikol Paşinyan əvvəllər Rusiyaya təqdim etdiyi təklifə istinad edərək, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan üçüncü ölkəyə verilməsi təklifindən danışıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün hökumət iclasından sonra brifinqdə Ermənistanın dəmir yolu şəbəkəsinin Qazaxıstan tərəfinin idarəçiliyinə verilməsi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumatların doğru olub-olmadığına münasibət bildirən Paşinyan deyib ki, Rusiya ilə Ermənistan arasında Qazaxıstan şirkətinin hər iki ölkə üçün məqbul olduğu barədə qarşılıqlı anlaşma olsa, etiraz etməzlər.
“İndi danışıqlar bir az fərqli gedir, çünki rusiyalı tərəfdaşlar hələ "yaxşı, gəlin bunu edək" deməyiblər. Belə ideyalar mövcuddur, amma onlar yalnız ideyalardır”, - o vurğulayıb.
Paşinyan qeyd edib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın dəmir yolu ilə bağlı məsələ müzakirə olunub. Lakin o, bu baxımdan yeni bir şey olmadığını, iş prosesinin davam etdiyini əlavə edib.
Xatırladaq ki, Ermənistanın Baş naziri belə bir təklifi 2026-cı ilin fevral ayında Rusiya tərəfinə təqdim etmiş və bunu Ermənistan dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması şəraitində Ermənistanın rəqabət üstünlüklərindən məhrum olması ilə əsaslandırmışdı, çünki Rusiya tərəfindən idarə olunduğu üçün Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etmək perspektivindən imtina edən ölkələr var.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












