Paşinyandan 8 Mart təbriki - Annanı yada salmadı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkədə paylaşım edərək xanımları təbrik edib.
Avtosfer.az xəbər verir ki, baş nazir mesajında qadınlara müraciətlə belə yazıb: “Əziz qadınlar, analar, bacılar, qızlar, nənələr – hamınızı 8 Mart münasibətilə təbrik edirəm. Siz bizim qürurumuz və ilham mənbəyimizsiniz. Sizə sevgi və xoşbəxtlik arzulayıram”.
Paylaşım zamanı maraqlı detal diqqət çəkib. Belə ki, Paşinyan təbrik fonunda məşhur rusiyalı müğənni Alla Puqaçovanın ifa etdiyi “Milyon qırmızı qızılgül” mahnısını səsləndirib. Daha sonra isə ənənəvi ürək işarəsi göstərərək qadınları bayram münasibətilə təbrik edib.
Diqqət çəkən başqa bir məqam isə baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyanı sosial şəbəkələrdə təbrik etməməsi olub.
Xatırladaq ki, fevralın 27-də Anna Akopyan Paşinyanla yollarını ayırdığını açıqlayıb. O bildirib ki, faktiki olaraq münasibətlərinə son qoyub və hökumətə məxsus bağ evini tərk edib.
Akopyan həmçinin qeyd edib ki, sosial şəbəkələrdə və ictimai müzakirələrdə işlədilən “vətəndaş nikahının başa çatması” ifadəsi rəsmi qaydada nikahın qeydiyyata alınması deyil, sadəcə birgə yaşayışın dayandırılması anlamına gəlir.\\Musavat.com
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












