Polis əməkdaşları şəhidin ailə üzvlərinin yaşadığı evdə olublar - FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş DİN Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin ailəsini və məzarını ziyarət ediblər.
Polis əməkdaşları şəhidin ailə üzvlərini yaşadığı evdə olublar, onların qayğıları ilə maraqlanıblar. Daha sonra şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb.
Cahangir Surxayzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlari ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”














