Prezident: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”

"Azərbaycan və Avropa Komissiyası arasında səmərəli əməkdaşlıq Cənub Qaz Dəhlizinin reallaşdırılmasında mühüm rol oynadı və gələcək planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.
“Biz Avropa Komissiyası ilə daimi təmasdayıq. Fevral ayının əvvəllərində Bakıda Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı və Azərbaycanın energetika naziri arasında baş tutmuş müzakirələr nəticəsində Azərbaycan və Aİ arasında enerji dialoqu yaradıldı. Bura neft, qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi daxildir. Bunlar geniş məsələlərdir və onların müzakirəsi gələcək planlarımızı qurmağa imkan verəcək”, - dövlət başçısı deyib.
İlham Əliyev söyləyib ki, Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir: “Hasilatın pay bölgüsü ilə bağlı ilk müqavilənin imzalandığı 1994-cü ildən indiyədək müqavilədə bir söz belə dəyişdirilməyib. Bu, bizim mövqeyimizi nümayiş etdirir. Biz öhdəliklərimizə hörmət edir, onları yerinə yetiririk və istəyirik ki, tərəfdaşlarımız da öz öhdəliklərini yerinə yetirsin”.
Dövlət başçısı Azərbaycanda siyasi və iqtisadi sabitliyin olduğunu nəzərə çatdırıb: "Yeni infranstrukturun tikintisi, böyük potensial, təcrübə - bütün bu amillər böyük enerji şirkətlərinin bərpa olunan enerjiyə investisiya qoymaq üçün cəlb edilməsi baxımından mühüm rola malikdir”.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












