"Prezidentin qətiyyətli mövqeyi nəticə verdi" - Deputatdan AZAL-la bağlı qərara REAKSİYA

Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatına görə, 2025-ci il 9 oktyabrda Düşənbədə prezidentlər arasında əldə edilən razılaşmaya uyğun olaraq AZAL-a məxsus "Embraer 190" təyyarəsinin 2024-cü il 25 dekabrda Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlər, o cümlədən kompensasiya ödənilməsi razılaşdırılıb.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini "redaktor.az"a bildirən deputat Fəzail İbrahimli bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, ayağını yerə bərk vurması və bu prosesin qabağında sözün həqiqi mənasında qətiyyətli bir mövqe nümayiş etdirməsi bu məsələnin həllinə rəvac verdi:
"Rusiya beynəlxalq hüquq normalarını bilən dövlətdir. Ümumiyyətlə, beynəlxalq hüquq normaları yoxdur. İndi beynəlxalq güc önə çıxır, beynəlxalq hüquq gücün yedəyində gedir. İndi kim qətiyyətlidir, mövqeyi var, öz sözünü deyə bilir və dövlətinin, rəhbərlik etdiyi ölkənin mənafeyini qoruya bilir, həmin insanlar dünya dövlətlərinin bu sırasında söz sahibidir. Rusiya da görürsüz də, neçə illərdir, bir ildən yuxarıdır vırnıxırdı. Müxtəlif səbəblər, filanlar irəli sürürdü, amma görəndə ki, Azərbaycan qətiyyətli mövqeyi var, bu mövqenin qabağında həqiqəti etiraf etməli oldu. Rusiya bu saat kövrək dövrünü yaşayır. Ukrayna bataqlığına düşüb. Dünyanın bu saat təlatümlü bir dövrüdür. Azərbaycanla münasibətləri korlamamaq üçün məcbur qalıb bu məsələni etiraf etməli oldu. Yəni Azərbaycan tərəfinin, Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi belə bir nəticəyə gəlməyə rəvac verdi".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












