Prezidentin təltif etdiyi generallar kimlərdir?- FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Təltif olunanlar arasında generallar da var. “Qafqazinfo” həmin generallar barədə məlumatları təqdim edir:
“Azərbaycan Bayrağı” ordeni təltif olunan generallar
General-leytenant Heydər Piriyev
Heydər Piriyev 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə də iştirak edib.
.jpg)
2002-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.
Ona 2014-cü ilin iyununda general-leytenant ali hərbi rütbəsi verilib və Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.
General-leytenant Araz Məmmədov
General-leytenant Məmmədov Araz Məmməd oğlu Dövlət Sərhəd Xidmətində xidmət edir. O, vaxtı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi vəzifəsində çalışıb. Araz Məmmədov general-leytenant rütbəsini bu ilin avqustunda alıb.
.jpg)
General-mayor Zakir Ağayev və Azər İbrahimov
“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanlardan biri də Zakir Ağayevdir. O, general-mayor rütbəsini 2017-ci ilin iyununda alıb. Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. General-mayor Azər İbrahimov isə Dövlət Sərhəd Xidmətində xidmət edir. Azər İbrahimov general-mayor ali hərbi rütbəsini 2018-c ilin avqustunda alıb.
Fotoda Zakir Ağayev
.jpg)
“Vətən uğrunda” medalı ilə təltif olunan generallar
Rasim Babayev general-mayor rütbəsini ötən ilin iyununda alıb. Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində çalışır.
“Vətən uğrunda” medalı ilə təltif edilən general-mayor Ənvər Əfəndiyev isə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisidir. O, daha əvvəl Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursant taborunun komandiri və Bərdə Hərbi Birləşməsinin Qərargah rəisi vəzifələrində çalışıb. General-mayor rütbəsini 2016-cı ilin iyununda alıb.
Fotoda Ənvər Əfəndiyev

“Vətən uğrunda” medalı ilə təltif olunan digər general-mayor Rauf İsmayılov da Müdafiə Nazirliyində çalışır. O, general-mayor rütbəsini 2018-ci ilin iyununda alıb.
İsmayılov Raufla eyni gündə general-mayor rütbəsini alan, onunla eyni vaxtda “Vətən uğrunda” medalı ilə təltif olunan Elçin Xəlilov isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisidir.
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












