“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı - VİDEO
Gündəm
15 Dekabr 2020 13:55

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsinin ilk günlərindən “166 Yükdaşıma və Logistika” şirkəti ordumuza dəstək məqsədilə “Qarabağa doğru” layihəsinə start verdi. Layihə çərçivəsində şirkət 44 gün ərzində cəbhəyə və cəbhəyanı bölgələrə təmənnasız olaraq 1000 tondan artıq yük daşıdı.
Belə ki, 350-dən çox fərdi şəxs, 37 şirkət, təhsil müəssisələri və digər qurumların dəstəyilə Füzuli, Ağdam, Tərtər, Goranboy, Bərdə və Beyləqan istiqamətlərinə yardımlar çatdırıldı. Bundan əlavə, şirkət hərbi təyinatlı texnika və yüklərin də daşınmasında dəstəyini əsirgəməyib.
“Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuzun şücaəti, əzmkarlığı və qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyan tarixi qələbəni qazandıq. Bu münasibətlə bütün Xalqımızı təbrik edir və şəhidlərimizin ruhu qarşısında baş əyirik! “Qarabağa doğru” layihəsini həyata keçirmək üçün birlik nümayiş etdirərək iştirak edən hər bir şəxsə öz təşəkkürümüzü bildirir və layihənin icrasından qürur duyuruq”, - şirkətdən bildirilib.
Oxunub : 1564
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ












