Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ

Yer kürəsində Günəşdə baş verən alışmadan sonra maqnit qasırğası başlayıb. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə martın 21-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Bildirilib ki, gün ərzində gözlənilən maqnit qasırğası artıq qeydə alınıb. Qeyd olunub ki, Günəşdə alışma martın 16-da baş versə də, plazma axını Yerə yalnız beş gün sonra çatıb. Hazırda qasırğanın səviyyəsi G1.7 olaraq qiymətləndirilir. Bu göstərici onu zəif kateqoriyaya aid edir. Alimlər bildiriblər ki, maqnit qasırğası təxminən altı gün davam edə bilər.
Xatırladaq ki, martın 14-də institutda yaz mövsümünün ilk uzunmüddətli maqnit qasırğasının baş verdiyi açıqlanmışdı. Həmin vaxt Moskva vaxtı ilə gecəyarısından etibarən planetar maqnit qasırğası qeydə alınmışdı. Martın 13-də isə Günəşdə güclü alışma baş vermiş, institut Yerə zəif və orta güclü maqnit qasırğalarının mümkünlüyü barədə xəbərdarlıq etmişdi.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












