Qazaxıstan Ermənistan dəmir yollarının konsessiyasını əldə etmək üçün müzakirələr aparmır

Qazaxıstan Ermənistan dəmir yolları üzrə Rusiya konsessiyasının alınmasına dair danışıqlar aparmır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan"a "Qazaxıstan Dəmir Yolu" SC-dən və respublikanın Nəqliyyat Nazirliyindən bildirilib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Rusiyanın razılığı alınarsa, Ermənistan Qazaxıstanın Ermənistan dəmir yolları üzrə Rusiya konsessiyasını əldə etməsinin əleyhinə deyil. Bununla yanaşı, Rusiya tərəfi belə bir əməliyyatı həyata keçirmək niyyətində olmadığını bəyan edib.
Ermənistanda fəaliyyət göstərən "Cənubi Qafqaz dəmir yolu" QSC "Rusiya dəmir yolları" ASC-nin 100%-lik törəmə şirkətidir. "Rusiya dəmir yolları" ilə Ermənistan arasında konsessiya sazişi 2008-ci ildə imzalanıb. Sənəd daha 10 il uzadılmaq hüququ ilə 30 il müddətinə imzalanıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












