Qriqoryan nömrəsiz maşınlarla Zəngilanda: "Tramp yolu" danışıqları ...

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətləri sentyabrın 5-də sərhəd bölgəsində qarşılıqlı səfərlər həyata keçiriblər. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, rəsmi məlumatda bildirilib ki, görüşdə sərhədlərin delimitasiyası, mina təmizlənməsi, kommunikasiya xətlərinin bərpası və yeni infrastrukturun tikintisi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Ermənistan mediası hadisəni təsdiqləsə də, görüşün dəqiq yeri açıqlanmayıb.
![]()
Bununla belə, erməni KİV-i nümayəndə heyətlərinin Ermənistanın Sünik vilayətində (Zəngəzur) və cavab səfərində Azərbaycanın Zəngilan bölgəsində görüşdüyünü iddia edib. Həmin gün bölgədə “qarşı tərəfə məxsus nömrəsiz avtomobillərin göründüyü” barədə məlumatların yayıldığı da bildirilir. Bu təmasların Vaşinqtonda avqustda əldə olunmuş razılaşmaların davamı olduğu vurğulanır. Həmin paketdə sülh sazişinin paraflanması və Naxçıvanla əlaqə üçün Ermənistan üzərindən keçən marşrutun texniki icrası gündəliyin əsas mövzuları kimi müəyyən edilmişdi. Son mərhələdə tərəflərin növbəti toplantının vaxt və yerini razılaşdırması, həmçinin sərhədin cənub seqmentində mina təmizliyi və infrastruktur bərpası istiqamətində praktiki addımlar barədə fikir mübadiləsi apardığı qeyd olunub. Beləliklə, Sünik–Zəngilan xəttində baş tutan bu görüşlər regionun gələcək sülh gündəliyində kritik mərhələyə işarə edir və həm İrəvan, həm də Bakı üçün yeni siyasi siqnallar doğurur.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO












