Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, qeydə alınan yerli təkanlar narahatlığa yol açmır:
"Bu gün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yeraltı təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu yeraltı süxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə ölkəmizdə altı baldan yuxarı zəlzələ gözlənilmir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur".
Qeyd edək ki, bir neçə gün öncə Şamaxı və Biləsuvar rayonlarında da zəlzələ baş verib.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












