Quru sərhədlər bu tarixdə açılır? - AÇIQLAMA

Sentyabr ayında Azərbaycanda “Formula-1” yarışları, noyabrda isə COP29 tədbiri keçiriləcək. Bununla bağlı ölkəyə minlərlə qonaq, turist gələcək. Hökumət bunları nəzərə alıb quru sərhədlərin açılmasına dair qərar verə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzunu şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, beynəlxalq tədbirlərin quru sərhədlərin bağlı, ya da açıq olması ilə əlaqəsi yoxdur.
Onun sözlərinə görə, “Formula-1” dünyanın bahalı sayılan kommersiya layihəsidir:
“Bu yarışı seyr etmək üçün Bakıya bəlkə 100-ə yaxın özəl təyyarə gəlir. COP29 isə dövlətlərin iştirakı ilə keçirilən tədbirdir. Hökumət nümayəndə heyətləri də daha çox çarter reysləri ilə gələcək. Diqqət yetirdinizsə, tədbir zamanı daha çox insanların gündəlik əmək fəaliyyəti ya qısaldılır, ya da distant rejimə keçirilir”.
İ.Şaban sərhədlərin bağlı qalmasının daha çox təhlükəsizliklə bağlı olduğunu düşünür:
“Ehtiyac yoxdur ki, sərhədi açıb, daha çox insanın gəlişi ilə tədbirlər zamanı təhlükəsizlik məsələlərini çətinləşdirək. Sərhədi açaraq tədbir keçirilən yerlər ətrafında hərəkəti çıxılmaz vəziyyətə salmaq lazım deyil”. (Globalinfo.az)
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












