“Range Rover”lə adam öldürən şəxs "AZAL"ın kapitanı imiş - FOTO

“Koroğlu” metrosunun yaxınlığında “Range Rover”lə piyadanı vurub öldürən sürücünün məhkəməsi keçirilib.
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu il martın 16-na keçən gecə, Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində qeydə alınıb. Sürücü idarə etdiyi “Range Rover Sport” markalı avtomobillə 51 yaşlı Mirzəyev Güloğlan İsmayıl oğlunu vurub.
Lüks avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Qəniyev Ruslan Ədiloviç Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Bakının Nizami Rayon Məhkəməsində ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə nəticəsində vəfat edən şəxs “Ət bazarı”nda alverlə məşğul olub. Qəzanı törədən sürücü isə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) “Airbus” hava gəmisinin kapitanıdır. O, saat 00:07-də evinə qayıdarkən G.Mirzəyev qəfil prospekti keçməyə çalışıb. Nəticədə “Range Rover Sport” markalı avtomobilin altında qalan şəxs vəfat edib.

Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












