Rayon maşınlarının Bakıya girişinə qadağa qoyulacaq? - AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Belə ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
COP29 zamanı rayon qeydiyyatlı maşınların Bakıya girişinə məhdudiyyət qoyula bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu barədə rəsmi açıqlama yoxdur.
Onun sözlərinə görə, Avropa oyunları zamanı məhdudiyyət qoyulsa da indi insanların təfəkkürü dəyişib və hər kəs noyabrın əvvəllərində COP29-la bağlı əziyyət çəkməmək üçün o müddətdə Bakıda olmamağa çalışacaq:
“Eyni zamanda rayondan Bakıya gələnlərə də aiddir. Onlar da müəyyən qədər öz işlərini planlaşdırırlar ki, bu müddətdə Bakıya gəlməsinlər”.
Ekspert qeyd edib ki, bu məsələ zaman keçdikcə özü avtomatik tənzimlənir:
“Mən COP29-la bağlı rayon maşınlarının girişinə qadağa qoyulacağını düşünmürəm. Amma yenə də bunu zaman göstərəcək. Düşünürəm ki, belə bir şey olsa çoxdan bildirərdilər”.
Qeyd edək ki, COP29-a görə Azərbaycanda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib.
Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq.
Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












