Rəşad Nəbiyev: "Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub"

Elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunub.
"Report" xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Hər bir ölkənin prioritetlərindən, milli təhlükəsizlik baxışlarından irəli gələn konkret baxışları var. O baxışları nəzərə alaraq hesab edirik ki, bu sahədə də kifayət qədər geniş əməkdaşlıq mövqelərimiz mövcuddur. Bütün bunları labüd edən, icrasını asanlaşdıran istiqamətlərdən biri də elektron İmzanın unifikasiyası – yəni ona vahid baxışın daha da dərinləşdirilməsidir. Türkiyə Respublikası ilə bu sahədə danışıqlarımız gedir, ilkin razılaşmalar var.
Hesab edirəm ki, bu sahədə də dövlətlərimiz kifayət qədər əhəmiyyətli əməkdaşlıq edə bilərlər.
Azərbaycan tərəfi olaraq bildirmək istərdim ki, burada qaldırdığımız məsələlərin daha dərindən öyrənilməsi üçün yerli və ya xarici məsləhətçilərin cəlb edilməsi zərurəti yaranarsa, bəlli resursları ayırmağa hazırıq”, – deyə nazir bildirib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO











