Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - VİDEO

Sumqayıtın Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər müzakirələrə səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə görüntüləri paylaşan izləyicilər vəzifəli olduğu deyilən şəxsin sahibkara qarşı münasibətini kobudluq kimi qiymətləndirib, onun satılan malları müsadirə etməsinin qanunsuz olduğunu qeyd ediblər.
Həmin şəxs yol kənarında meyvə satan sahibkara sərt şəkildə bu sözləri deyib: “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. “Vsyo”, qoyun bunları maşına!”
Nəticədə malların mağazaya aparılmasına icazə verilməyib. Sözügedən şəxsin Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı olduğu bildirilir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt ŞİH və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir: “Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır.
Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır.
Bildiririk ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır.
Məlumat üçün bildiririk ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”.
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO








