Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI

Politoloq Elxan Şahinoğlu Rusiya və Çinin İranla bağlı mövqeyi, eləcə də Yaxın Şərqdə artan gərginlik fonunda yaranmış geosiyasi vəziyyət barədə fikirlərini bölüşüb.
Avtosfer.az xəbər verir ki, Elxan Şahinoğlunu fikrincə, Moskva və Pekin Tehrana siyasi dəstək nümayiş etdirsələr də, hərbi müdaxilə məsələsində passiv mövqe tuturlar.
Şahinoğlunun sözlərinə görə, Rusiya və Çin İranda mövcud rejimin çökməsini və ABŞ-nin bu ölkə üzərində nəzarəti ələ keçirməsini istəmirlər. Lakin buna baxmayaraq, hər iki dövlət Vaşinqtonu birbaşa dayandırmaq niyyətində də görünmür. Politoloq xatırladıb ki, ABŞ və İsrailin ötən il İrana qarşı həyata keçirdiyi 12 günlük müharibə zamanı da Moskva və Pekin aktiv mövqe sərgiləməyiblər.

Ekspert qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian həmin 12 günlük müharibədən sonra Rusiya və Çinin adını çəkmədən “tərəfdaşlarımız bizə dəstək vermədilər” ifadəsini işlədib və bununla da dolayısı ilə Moskva ilə Pekinə mesaj göndərib. Şahinoğlunun fikrincə, İranın bu iki ölkədən başqa ciddi strateji tərəfdaşı yoxdur.
Politoloq vurğulayıb ki, Vladimir Putin daha əvvəl Tehranı birbaşa hərbi müdafiə etməyəcəkləri barədə xəbərdar etmişdi. Bu isə Moskvanın mümkün eskalasiyadan yayınmaq istədiyini göstərir.
Şahinoğlu həmçinin Çinin İranla 2021-ci ildə imzaladığı 25 illik, təxminən 400 milyard dollarlıq investisiya sazişinə də toxunub. Onun sözlərinə görə, Pekin bu razılaşmanı imzalasa da, praktiki addımlar atmağa tələsməyib. Politoloq bunu Çinin riskləri əvvəlcədən hesablaması ilə izah edib: “Pekin anlayırdı ki, İran uranın zənginləşdirilməsi siyasətini davam etdirdikcə, bu ölkəyə qarşı hərbi toqquşma ehtimalı qalacaq. Çin isə müharibə riski yüksək olan ölkəyə böyük həcmli sərmayə yatırmağa meylli deyil”.
Ekspert hesab edir ki, bölgədə yenidən alovlanan hərbi qarşıdurma Çinin həmin investisiya öhdəliklərini reallaşdırmaq ehtimalını daha da azaldır.
Elxan Şahinoğlu əlavə edib ki, ABŞ və İsrailin hücumlarından əvvəl İran Rusiya və Çindən müəyyən miqdarda hərbi texnika alıb. Lakin zərbələrin əsas hədəflərindən biri məhz həmin hərbi texnikanın yerləşdirildiyi mərkəzlər olub. Onun fikrincə, İranın Rusiyadan aldığı hava hücumundan müdafiə sistemləri gözlənilən effekti verməyib və ABŞ ilə İsrail aviasiyası İran hava məkanında nisbətən rahat fəaliyyət göstərə bilib.
Bununla belə, politoloq qeyd edib ki, İran öz arsenalındakı raketlər vasitəsilə İsrailə və ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməyə nail olub. Bu isə artıq Körfəz regionunun enerji infrastrukturunu risk altına salır.
Bu vəziyyət Çini də narahat edir. Çünki Pekin həm İrandan, həm də Körfəz ölkələrindən neft idxal edir. İranın müharibəni genişləndirmək və xüsusilə Hörmüz boğazının bağlanması ilə bağlı siqnallar verməsi Çinin enerji təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
Politoloq sonda bildirib ki, mövcud şəraitdə İran əsasən öz hərbi və iqtisadi resurslarına güvənməli olacaq. Lakin məhdud imkanlar ABŞ və İsrail kimi güclərlə uzunmüddətli qarşıdurmanı davam etdirmək üçün yetərli olmaya bilər.
Eltac Zülfüqaroğlu
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT










