Şabranın bəzi kəndlərində yanğınlar söndürüldü - FOTO

Şabran rayonunun Zeyvə kəndində baş vermiş yanğın söndürülüb.
Bu barədə “Report”un Şabrana ezam olunmuş əməkdaşına Zeyvə kənd icra nümayəndəsi Cavid Məmmədov məlumat verib.
Onun sözlərinə görə, kənd ərazində təxminən 100 hektara yaxın meşə massivi, kol-kos yanıb:
“Evlərə ziyan dəyməyib. Yalnız meşə ərazilərinə ciddi ziyan dəyib. Həmin ərazilər də ötən gecə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb”.
C.Məmmədov söyləyib ki, ötən gecədən kənd ərazisində elektrik təchizatı bərpa edilib:
“Bu gün isə qaz təchizatı bərpa olunacaq”.
İcra nümayəndəsi bildirib ki, rayonun Pirəbədil, Sumağava, Sumağava Qazma, Zöhramı kəndlərində baş verən yanğınlar da söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin ərazidə olan əməkdaşları isə deyib ki, Şabran rayonunda baş verən yanğınların çox hissəsi söndürülüb, yalnız Çuxurazəmi kəndindəki meşə massivində tədbirlər davam edir.
Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












