Sahibkar qanunsuz parklama yaradır, icra hakimiyyəti göz yumur - FOTO

Gündəm 9 Sentyabr 2024 12:32 Oxunub 408
Sahibkar qanunsuz parklama yaradır, icra hakimiyyəti göz yumur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vaxtaşırı səkilərin zəbt edilməsi ilə bağlı məlumat xarakterli yazılar təqdim etsək də, sahibkarlar qanunsuz əməllərdindən əl çəkmir.

Avtosfer.az xəbər verir ki, Bakının Nərmianov rayonunda istifadəyə yeni tikilinin qarşısındakı səkini binanın, yaxud da obyektin sahibi “dədəsinin malı”na çevirib.

Belə ki, Təbriz küçəsində tikintisi son 2 ildə yekunlaşan yaşayış binasının qarşısındakı səkini parkinq ərazisinə çevirməyə hazırlaşırlar. Fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, məhz bu hissədə ilin əvvəlində ağacların kəsilməsi ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə şikayət edilib və qurumdan yerli mənzil-kommunal təsərrüfatına məsələnin həlli ilə bağlı tapşırıq verildiyi də bildirilib.

Verilən tapşırığın yerinə yetirilməməsi bir yana, kəsilən ağacların üstündən asfalt çəkilib. Bugünlərdə isə ərazidəki zibil qutuları yığışdırılıb, səkini yoldan ayıran bordürlər avtomobillərin rahat parklaması yatırılıb. Bütün bunlar baş verərkən isə Nərimanov Rayon İcra Hakimiyyəti özünü məsələdən xəbərsiz aparmağa davam edir.

Sosial şəbəkədə yayılan fotolardan sonra istifadəçilər qurumu sərt tənqid ediblər. Vətəndaşlar öz rayonuna belə nəzarət edə bilməyən, qanunsuzluqlara gözünü, qulağını yuman icra hakimiyyətinin görmədiyi işi alternativ qurumların nəzarətə götürməsini xahiş edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 454-1-ci maddəsinə əsasən, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Səfər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh